Vakansiya haqqında
İşin təsviri
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət;
Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək;
Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək;
Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesində iştirak etmək;
Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək göstərmək;
Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək göstərmək;
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək.
Tələblər
Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili;
0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması üstünlükdür;
Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis dillərini bilmək üstünlükdür;
Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər;
Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış;
Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı;
MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
