Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Hər bir məhkəmə, icra qeydi və icra işi üzrə zəruri sənədləri bankın aidiyyəti struktur bölmələrindən, habelə bankdan kənar qurumlardan əldə etmək, aidiyyatı üzrə təqdim etmək və icrasına effektiv nəzarət etməsi;
İddia ərizələrinin hazırlanması və sənəd paketi ilə məhkəməyə təqdim edilməsi;
Fəaliyyət istiqamətinə aid hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflər layihəsinin təşəbbüskarı olmaq və müvafiq təkliflərin şöbə rəhbərinə vermə;
Məhkəmə və icra işləri üzrə səhih hesabatlığın hazırlanmasının təşkili;
Hər bir məhkəmə və icra işi üzrə bütün məlumatları əhatə edən borclu müştərilərə qarşı olan məhkəmə işlərinin reyestrini aparılması, onların vaxtında yenilənməsi, habelə müvafiq proqram təminatına yenilənən məlumatların daxil edilməsi;
Məhkəmə işləri ilə bağlı dövlət qurumlarından və publik hüquqi şəxslərdən daxil olan müraciətlərin vaxtında cavablandırılması;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Tələb olunan bilik, bacarıq və təcrübə
Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi;
Xarici dillər: İngilis (səlis);
Kompüter bilikləri: Microsoft Office.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
