Vakansiya haqqında
Təsvir
Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi;
Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi, təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması;
Tövsiyələr və təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin edilməsi;
Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi;
Qiymətləndirmə və diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının hazırlanması;
Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirilməsi;
Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi;
İT sahəsində tətbiq edilən siyasət, prosedur, standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması;
Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi təcrübəsinin qiymətləndirilməsi.
Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi;
Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi;
Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və təsdiqedici sənədlərin təhlil edilmədi;
Hesabatlılığın təmin edilməsi;
Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların aparılması.
Tələblər
İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı;
Rəqəmsal transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə biliklər;
Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı;
Biznes proseslərinin təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər;
İnformasiya təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə biliklər;
İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri və uyğunluq tələbləri üzrə biliklər;
İT xidmətlərinin, dəyişikliklərin, insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər;
İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya və bulud texnologiyaları üzrə texniki biliklər;
COBIT, ITIL, ISO/IEC 38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər;
Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı;
Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi sistemindən istifadə təcrübəsi;
MS Excel, PowerPoint və digər ofis proqramlarından sərbəst istifadə bacarığı;
Analitik təhlil, qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması bacarığı;
Proaktivlik və müstəqil işləmə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
