Vakansiya haqqında
İş şəraiti
Şəhər: Bakı
İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00
İş barədə məlumat
Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) işə hazırlanması və ilkin sazlanmasının həyata keçirilməsi;
Kassa aparatlarına proqram təminatının (firmware) yazılması və yenilənməsi;
Kassa aparatlarının quraşdırılması və istifadəyə hazır vəziyyətə gətirilməsi;
Printerlərin və digər əlavə avadanlıqların qoşulması və sazlanması;
Müştərilərə kassa aparatlarının istifadəsi ilə bağlı təlimatların verilməsi və praktiki təlimlərin keçirilməsi;
Texniki və proqram təminatı ilə bağlı müraciətlərin cavablandırılması;
Telefon və uzaqdan qoşulma vasitəsilə texniki dəstəyin göstərilməsi;
Zərurət yarandıqda müştəri ünvanlarında quraşdırma və sazlama işlərinin həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
Kompüterlə sərbəst işləmək bacarığı;
Windows və Android əməliyyat sistemləri haqqında ilkin biliklər;
Proqram təminatının quraşdırılması və sazlanması üzrə əsas biliklər;
Texniki avadanlıqlarla işləməyə maraq;
Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
Yeni bilikləri tez mənimsəmək və öyrənməyə həvəsli olmaq;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Azərbaycan dilində sərbəst, rus dilində isə yaxşı səviyyədə ünsiyyət qurmaq bacarığı;
Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür, lakin mütləq tələb deyil.
Yaş tələbi: 19–30 yaş.
Təklif edirik
Əməkhaqqı müsahibə zamanı müəyyən edilir;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Texniki bilik və bacarıqların artırılması üçün öyrənmə və inkişaf imkanı.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. E-mail-in mövzu hissəsində “Texnik” qeyd olunmalıdır.
Telefon: (012) 310-17-11
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
