Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İş saatı ərzində korporativ nömrələri aktiv saxlayır, gələn zəngləri vaxtında cavablayır;
Korporativ mailləri müntəzəm yoxlayır, digər şöbələrə yönləndirilməsi vacib olan e-mailləri vaxtında aidiyyatı şöbələrə yönləndirir;
Müştərilərə BOKT və xidmətləri haqqında məlumat verir;
Müştərilər arasında sorğuların keçirilməsində iştirak edir;
Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şöbələrə yönləndirilməsi.
Tələblər:
Yüksək səviyyədə ünsiyyət qurma və komanda daxilində işləmə bacarığı;
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İşgüzar, təşəbbüskar, gülərüz;
Səlis Azərbaycan dili biliyi;
Rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
Əmək haqqı: 400 AZN+bonus
İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Müştəri xidmətləri üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
