Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aqrar Tədarük və Təchizat

Marketinq üzrə baş mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planın icrasını təmin etmək; Cəmiyyətin layihə, məhsul və xidmətlərinin tanıdılması, fermer məhsullarının satışının təşviqi və bazara çıxış imkanlarının genişləndirilməsi üzrə marketinq kampaniyaları hazırlamaq və həyata keçirmək; Meta, Google, YouTube, TikTok, LinkedIn və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlamaq, həyata keçirmək, monitorinq etmək və optimallaşdırmaq; Bazar, hədəf auditoriya və istehlakçı davranışlarını araşdırmaq; Marketinq fəaliyyətlərinin nəticələrini və KPI göstəricilərini təhlil etmək, hesabat və təkliflər hazırlamaq; Marketinq büdcəsinin hazırlanmasında iştirak etmək. Namizədə tələblər: Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli istiqamət üzrə ali təhsil; Marketinq sahəsində minimum 5 il iş təcrübəsi; Rəqəmsal marketinq və reklam platformaları üzrə praktiki biliklər; Bazar və istehlakçı araşdırmalarının aparılması və nəticələrin təhlili bacarığı; Marketinq KPI-larının formalaşdırılması və monitorinqi üzrə təcrübə; Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı; Güclü kommunikasiya və koordinasiya bacarığı; MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq. İş rejimi: 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. CV-lərinizi mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.