Vakansiya haqqında
Azera Holdinq, tərkibində fəaliyyət göstərən “Azemal” MMC üçün Baş Anbardar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq;
Anbara daxil olan və anbardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək;
Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək;
Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək;
Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək;
Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.
Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır.
İnventarlaşdırmanın aparılmasında iştirak edir.
Tələblər:
Ali təhsil
İş təcrübəsi 3-5 il
Azərbaycan dili əla,rus dili üstünlükdür
Kompyuter proqramları biliyi: 1 C və MC Ofiice proqramlarında sərbəst işləmək
Təmkinli və səbirli olması vacibdir.
İş şəraiti
İş saatı 07:00-dan 16:-00-a dək. Şənbə günləri qısa iş günü 07:00-dan 14:00-a qədər.
Əmək haqqı: 1400 AZN (Net)
İş yeri: Hövsan, Bahar qəsəbəsi
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Azemal MMC Baş anbardar” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
