Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aqrar Tədarük və Təchizat

Meyvə-tərəvəz tədarükü üzrə aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Meyvə və tərəvəz məhsullarının tədarükünün planlaşdırılması və təşkil edilməsi; İstehsalçı, fermer, təsərrüfat subyektləri və digər təchizatçılarla əlaqələrin qurulması və inkişaf etdirilməsi; Tədarükçülərin müəyyənləşdirilməsi, onların məhsul istehsalı və təchizat imkanlarının araşdırılması; Tədarük ediləcək məhsulların çeşidi, həcmi, keyfiyyət göstəriciləri və mövsümi xüsusiyyətlərinin müəyyənləşdirilməsi; Meyvə-tərəvəz məhsullarının qəbulunun, çeşidlənməsinin, qablaşdırılmasının və daşınmasının təşkili üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi; Birbaşa fermerlərdən və yerli istehsalçılardan məhsul tədarükünün genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; Namizədə tələblər: Ali təhsil; Meyvə-tərəvəz alışı və retail (pərakəndə satış sektoru) sahəsində 3 il iş təcrübəsi; Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir; Araşdırma və analitik düşünmə qabiliyyəti; Operativ qərarvermə bacarığı; Dəqiqlik, məsuliyyətlilik; Komandada işləmək və effektiv koordinasiya bacarığı; Ünsiyyət və təqdimat bacarığı; Peşəkar yanaşma və nəticəyönümlülük; MS Office proqramlarında sərbəst işləmək bacarığı. İş rejimi: 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. CV-lərinizi mövzu hissəsində “Meyvə-tərəvəz tədarükü üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.