Vakansiya haqqında
İş barədə məlumat:
Zavodun istehsalat və texniki sahələrində qaynaq işlərinin yerinə yetirilməsi;
Verilmiş çertyoj, ölçü və texniki tələblərə uyğun metal konstruksiyaların hazırlanması və qaynaq edilməsi;
Müxtəlif mövqelərdə (üfüqi, şaquli, 45° və s.) qaynaq işlərinin aparılması;
Metal konstruksiyaların, avadanlıqların və digər metal hissələrin təmir və bərpa işlərinin görülməsi;
Qaynaq və kəsmə işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
İstifadəsinə verilmiş avadanlıq, alət və iş sahəsinin səliqəli və işlək vəziyyətdə saxlanılması;
Rəhbərliyin tapşırıqlarına uyğun digər qaynaq və texniki işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
Qaynaqçı üzrə müvafiq peşə təhsilinin və ya sertifikatın olması;
Müxtəlif qaynaq üsulları və avadanlıqları barədə bilik;
Metal konstruksiyaların hazırlanması və qaynaqlanması üzrə praktiki bacarıq;
Qaynaqçı kimi 2-3 il iş təcrübəsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməsi;
Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Xırman MMC – istehsalat müəssisəsi
İş qrafiki: 6 günlük
Əmək haqqı: 700-800 AZN
Nahar: Şirkət tərəfindən təmin olunur.
Qeyd: Binəqədi rayonunda və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.
Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-nizi göndərməyiniz xahiş olunur
Əlaqə 0552531364
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
