Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
Avtomobillərin elektron idarəetmə sistemlərinin diaqnostikası və təmiri;
Elektron idarəetmə bloklarının (ECU), sensorların və aktuatorların yoxlanılması;
Avtomobil kommunikasiya sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi;
Kompüter diaqnostikası vasitəsilə xəta kodlarının oxunması, təhlili və aradan qaldırılması;
Multimedia, klimat-kontrol, təhlükəsizlik, parklanma və digər elektron sistemlərin diaqnostikası;
Elektron komponentlərdə yaranan nasazlıqların səbəblərinin müəyyənləşdirilməsi;
Elektron idarəetmə sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi;
Təmir və diaqnostika işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Avtomobil elektronikası üzrə peşəkar bilik;
Müasir diaqnostika cihazları və proqram təminatları ilə işləmək bacarığı;
Elektron idarəetmə blokları və avtomobil sensorları üzrə bilik;
Elektrik sxemlərini oxumaq bacarığı;
Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
Texniki təlimat və servis proqramlarından istifadə bacarığı;
Analitik düşünmə və nasazlığın əsas səbəbini müəyyən etmək bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları ilə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
Avtomobil proqram təminatı və kodlaşdırma üzrə bilik.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
İş rejimi: 6 günlük iş qrafiki
İstirahət günü: Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil elektronikası üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
