Vakansiya haqqında
Tələblər:
Bəyannamə sahəsində minimum 1 il iş təcrübəsi;
Gömrük bəyannamələrini müstəqil şəkildə hazırlamaq və elektron sistemə daxil etmək bacarığı Mütləqdir;
Gömrük rəsmiləşdirilməsi və idxal-ixrac prosedurları üzrə praktiki bilik;
Gömrük sənədləri ilə işləmə bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Analitik düşünmə və sənədlərlə işləmə bacarığı.Bəyannamə ixtisas sənədi Attestatı olan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi;
Gömrük sənədlərinin hazırlanması və düzgünlüyünün yoxlanılması;
Gömrük rəsmiləşdirilməsi proseslərinin həyata keçirilməsi;
Gömrük orqanları ilə yazışmaların və zəruri prosedurların aparılması;
Gömrük qanunvericiliyinə uyğun sənədləşmənin təmin edilməsi;
İş prosesində yaranan məsələlərin araşdırılması və operativ həlli.
İş şəraiti:
Əmək haqqı: 1035–1120 AZN;
Əmək haqqı namizədin təcrübə və peşəkar biliklərinə əsasən müəyyən edilir;
Peşəkar inkişaf və karyera imkanları.
Müraciət qaydası: CV-lərinizi mövzu hissəsində “Gömrük Bəyannaməçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
