Vakansiya haqqında
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı;(B2 səviyyə)
MS Office, xüsusilə Excel biliyi;
İdxal-ixrac və satınalma prosesləri üzrə anlayış;
Analitik düşüncə, danışıqlar aparmaq və kommunikasiya bacarığı;
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Yerli və xarici bazarlardan tibbi avadanlıq, dərman preparatları, qida əlavələri, kosmetik vasitələr və digər məhsulların satınalınmasının təşkili;
Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin alınması və qiymətlərin analiz edilməsi;
Yerli və xarici təchizatçılarla danışıqların aparılması və sifarişlərin yerləşdirilməsi;
Müqavilə, hesab-faktura, qaimə, CMR və digər satınalma sənədlərinin hazırlanması və koordinasiyası;
Sifarişlərin istehsal, logistika və çatdırılma proseslərinin izlənilməsi;
Məhsulların vaxtında və tələb olunan miqdarda təmin olunmasına nəzarət;
Satınalma hesabatlarının hazırlanması və aidiyyəti şöbələrlə koordinasiya.Yeni təchizatçıların və alternativ məhsul/mənbələrin araşdırılması;
Satınalma prosesində yaranan problemlərin operativ həlli və təchizat risklərinin minimuma endirilməsi.
İş şəraiti:
İş qrafiki: 5/2, 09:00–18:00
Əmək müqaviləsi rəsmiləşdirilir
İş yeri: Bakı şəhəri
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Alış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
