Vakansiya haqqında
“A+CO” ASC “Maliyyə üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Maliyyə üzrə gündəlik əməliyyatların icrasında iştirak.
Debitor və kreditor üzrə əməliyyatların yoxlanılması.
Bank qalıqlarının uçot əməliyyatları ilə yoxlanılması.
İstehsal əməliyyatlarinin yoxlanılması.
Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya Menecment);
MS Office proqramlarından, xüsusilə MS Excel-dən yaxşı səviyyədə istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili sərbəst (ingilis və ya rus dili bilməsi üstünlükdür);
Rəqəmlərlə işləmək bacarığı, analitik düşüncə, detallara diqqət, məsuliyyət və komandada işləmək bacarığı.
İş şəraiti:
Təcrübə proqramı ödənişlidir (təcrübəçiyə əməkhaqqı ödəniləcək)
İş yeri: Xırdalan şəhəri;
5/7 iş qrafiki;
Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə təcrübəçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
