Vakansiya haqqında
Öhdəliklər
Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının uçotunun aparılması;
Bank əməliyyatlarının həyata keçirilməsi, bank ödənişlərinin və müxabirləşmələrin düzgün aparılmasının təmin edilməsi;
Daxili mühasibat uçotu sistemində ödəniş və köçürmələrin idarə edilməsi, məlumatların vaxtında və düzgün işlənilməsi;
Elektron qaimə-fakturaların, hesab və vergi hesab-fakturalarının hazırlanması, göndərilməsi və gündəlik yoxlanılması;
Alıcı və təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması, debitor və kreditor borcların uçotu və nəzarətdə saxlanılması;
Qarşılıqlı üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılması;
Mal və xidmətlər üzrə müqavilə, sifariş və digər ilkin sənədlərin yoxlanılması;
İlkin mühasibat sənədlərinin düzgünlüyünün, tamlığının və vaxtında sistemə daxil edilməsinin təmin edilməsi;
Aylıq əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;
Əməkhaqqı üzrə vergi və sosial sığorta öhdəliklərinin hesablanması;
Mühasibat və vergi uçotu üzrə sənədlərin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və qorunmasının təmin edilməsi;
Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması;
Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
Mühasibat və vergi uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliklər;
ƏDV, mənfəət vergisi, ÖMV və MDSS hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
Elektron qaimə-fakturalar, bank əməliyyatları və ödəniş sənədləri ilə işləmə bacarığı;
Analitik düşünmə və dəqiqlik;
İş şəraiti:
İş qrafiki: 5 günlük iş rejimi , saat 09:00-18:00
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər mövzu yerində “Mühasib ” yazmaqla öz şəkilli CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
