Vakansiya haqqında
Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi olan “AZZA” QSC şirkəti "Keyfiyyət üzrə nəzarətçi" vakansiyasını elan edir
Tələblər:
Qida mühəndisliyi üzrə ali təhsilli
Səliqəli, punktual
İşinə məsuliyyətli və diqqətli yanaşma
Vəzifə öhtəlikləri:
Xammalların girişinə nəzarət
İstehsal prosesinin izlənilməsi
Uyğunsuzluqların aşkarlanması və məruzə edilməsi
Kritik nəzarət nöqtələrinin yoxlanılması
Hazır məhsulların yoxlanılması
Standartların tətbiq edilməsi
Şirkət təklif edir:
Rəsmi qeydiyyat
Nahar yeməyi
Namizələrdən mövzu yerində "Keyfiyyət üzrə nəzarətçi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
