Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AFB Bank

Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti Pərakəndə Bankçılıq Mərkəzi İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır; Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı. İşin təsviri: Qızıl Təminatlı kreditlər Bankın lombard məhsulları haqqında müştərilərin məlumatlandırılması; Bankın lombard kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı; Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək; Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək; Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi; Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir; Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması; Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi; Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək; Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq; Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.