Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AFB Bank

Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti Biznes Bankçılıq Mərkəzi İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Ünvan: Bakı, Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis) Tələblər: Ali təhsil; Bank sektorunda, xüsusən biznes/korporativ kredit analizi üzrə ən azı 2-3 il iş təcrübəsi; Azərbaycan dili – əla, Rus və/İngilis dili – yaxşı səviyyədə; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı. İşin təsviri: Orta və iri biznes kredit müraciətlərinin dərin maliyyə və risk təhlilinin aparılması. Müştərilərin maliyyə hesabatlarının, biznes modelinin və bazar mövqeyinin qiymətləndirilməsi. Girov təminatlarının adekvatlığı və likvidliyinin yoxlanılması. Kredit rəylərinin hazırlanması və Kredit Komitəsi üçün təqdimatların edilməsi. Mövcud kredit portfelinin izlənməsi və riskli halların vaxtında aşkar edilməsi. Digər şöbələrlə koordinasiyalı işləyərək daxili qaydalara uyğun fəaliyyətin təmin edilməsi. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.