Vakansiya haqqında
Təsvir
Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək;
Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə etmək;
Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və icrasına nəzarət etmək;
Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;
Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu izləmək;
Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək;
Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Müvafiq şöbələrlə koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə);
Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir);
Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi;
Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə bacarıqlar;
Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə;
İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili biliyi arzuolunandır;
Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı.
Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi siğorta
Nahar təminatı
Korporativ nömrə və danışıq limiti
Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
