Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

OBA marketlər şəbəkəsi

Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək; Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək; Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq; İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq; Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək; İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq; Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək; İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək; ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək; Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq. Tələblər Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə; İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi; Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması; ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı; Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı; Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı; Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı; Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı; Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik; Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.