Vakansiya haqqında
Təsvir
BRAVO mağazalarının in-store dizayn konsepsiyalarının hazırlanması və tətbiq edilməsi;
Mağaza layout və planlarının oxunması, təhlili və dizayn həllərinə uyğunlaşdırılması;
Müştəri axınının nəzərə alınması ilə naviqasiya sistemlərinin hazırlanması və yerləşdirilməsi üçün sifarişlərin edilməsi;
Mağaza daxilində kateqoriya, şöbə, rəf, zona və istiqamətləndirici lövhələrin dizaynının hazırlanması;
POSM, wobler, stopper, shelf-talker, qiymət kommunikasiya elementləri və digər in-store materialların dizaynın hazırlanması;
Mağaza planına uyğun olaraq reklam və kommunikasiya elementlərinin ölçü, yerləşmə və görünüş baxımından hazırlanması;
Yeni açılan, yenilənən və remodel edilən mağazalar üçün in-store vizual həllərin hazırlanması;
Hazırlanan dizaynların çap və istehsala texniki hazırlanması, ölçü və material spesifikasiyalarının düzgün təqdim edilməsi;
Dizaynların mağazada tətbiqinə nəzarət və mövcud problemlərin operativ həlli;
Memarlıq, tikinti, VM, marketinq və digər aidiyyəti komandalarla koordinasiyalı iş;
Mağaza daxilində brend standartlarının və korporativ vizual kimliyin qorunması;
Mövcud mağazaların vizual auditlərinin aparılması və təkmilləşdirmə təkliflərinin hazırlanması.
Tələblər
Qrafik dizayn, interyer dizayn, memarlıq və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
Retail / supermarket / FMCG mühitində dizayn təcrübəsi üstünlükdür;
Adobe Illustrator, Photoshop və InDesign proqramlarında peşəkar işləmə bacarığı;
AutoCAD və ya digər plan/layout proqramlarında işləmə və texniki planları oxuma bacarığı;
Mağaza layoutlarını, mərtəbə planlarını və texniki çertyojları oxuya bilməsi;
Wayfinding və signage prinsipləri haqqında anlayış;
Məkan daxilində müştəri hərəkət trayektoriyasını və vizual istiqamətləndirməni nəzərə alaraq dizayn hazırlamaq bacarığı;
Ölçü, miqyas, material və istehsal xüsusiyyətləri ilə bağlı texniki anlayış;
Çap və istehsal prosesləri, material növləri və onların tətbiqi barədə məlumatlılıq;
Vizual kompozisiya, tipoqrafika, rəng və brend standartları üzrə güclü bilik;
Bir neçə layihəni paralel idarə etmək və deadline-lara riayət etmək bacarığı;
Detallara yüksək diqqət və ölçülərlə dəqiq işləmə bacarığı.
Vakansiya növü - Müvəqqəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
