Vakansiya haqqında
Təsvir
Gündəlik və aylıq xərclərin izlənməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması;
Xammalların girişindən hazır məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi;
Resepturalara əsasən yeməklərin maya dəyərinin hesablanması;
Kampuslarda həftəlik və aylıq xammal sayımının təşkil edilməsi və nəzarət edilməsi, anbar qalıqlarının düzgünlüyünün təmin olunması;
Anbar qalıqları, artıq sərfiyyat, itkilər və uyğunsuzluqların aşkar edilməsi, səbəblərinin araşdırması;
Rəhbərliyə mütəmadi hesabatların verilməsi;
Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi;
Satın alınan məhsulların qiymət və müvafiq sənədlərinin yoxlanılması.
Tələblər
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
Cost Control sahəsində xüsusilə katerinq və ya restoran sektorunda minimum 2 il iş təcrübəsi;
Analitik düşünmə və təhlil bacarığı;
İİKO və 1C proqramı ilə işləmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00 (həftədə 5 dəfə);
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
