Vakansiya haqqında
AQA Şirkətlər Qrupu "Smeta və layihə mütəxəssisi" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
Gündəlik daxil olan sifarişlərin təyinatı üzrə yoxlanılması;
Hazırlanmış layihələr haqqında məlumatların toplanması və analiz edilməsi;
Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin həcminin yoxlanılmasını təmin etmək;
Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarmaq;
Smeta əsasında yazılan sifarişlərin toplamının smeta ilə üzləşdirilməsi;
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
Söküntüyə nəzarət edilməsi, yararlı malların daşınması üçün aktın tərtib edilməsinə nəzarət edilməsi;
Anbarların mütəmadi reviziyasının həyata keçirilməsi;
Sifarişdən kənar alınan malların aşkar edilməsi;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
Kompüter bilikləri: MS Office proqramları, (AutoCAD və digər proqram bilikləri əlavə üstünlük hesab olunur);
Dil bilikləri: Azərbaycan dili (digər dil bilikləri əlavə üstünlük hesab olunur);
İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı;
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmək bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Bəy namizədlərə üstünlük verilir;
Punktual və ünsiyyətcil olması;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
Təşkilatçılıq bacarıqlarına malik olmalı;
Detallara diqqət yetirməyi bacarmalı.
Əlavə məlumat:
İş qrafiki: Bazar ertəsi-Cümə, istirahət günləri: Şənbə və bazar;
İş saatı: 09:00-18:00;
Əmək haqqı: 1200 AZN net
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
