Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

SAMT

Yük avtomobili sürücüsü

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkətimizə məsuliyyətli və təcrübəli Yük avtomobili sürücüsü axtarılır. İş yeri: Sumqayıt, Xızı İş qrafiki: Növbəli iş qrafiki Əsas vəzifələr Müəssisəyə məxsus yük avtomobilini verilmiş tapşırıqlar əsasında idarə etmək; Malların, materialların, avadanlıqların və digər yüklərin təhlükəsiz daşınmasını təmin etmək; Yükün düzgün yerləşdirilməsinə, bərkidilməsinə və bütövlüyünün qorunmasına nəzarət etmək; Avtomobili reysdən əvvəl texniki baxışdan keçirmək və sazlığını yoxlamaq; Aşkar edilmiş nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək; Müəyyən edilmiş marşrut, sürət və təhlükəsizlik qaydalarına riayət etmək; Yanacaq və istismar materiallarından səmərəli istifadə etmək; Yol-nəqliyyat hadisəsi və digər fövqəladə hallarda rəhbərliyə dərhal məlumat vermək; İşin sonunda avtomobili müəyyən edilmiş ərazidə saxlayaraq açar və sənədləri təhvil vermək. Tələblər Qoşqulu yük avtomobili idarə etmək üzrə(C1E kateqoriyalı sürücülük vəsiqəsi) iş 2-3 il iş təcrübəsi; Yük avtomobili idarəçiliyi üzrə iş təcrübəsi; Məsuliyyətli və intizamlı olmaq; Yol hərəkəti və təhlükəsizlik qaydalarını bilmək. Şirkət tərəfindən təklif olunur Nahar təminatı; Sığorta təminatı; Servis/daşınma xidməti. Maraqlanan namizədlər CV-lərini “Yük avtomobili sürücüsü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.