Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AzəriMed MMC

Tibbi avadanlıqların alışı üzrə menecer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələblər: Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika, menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır) Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate / B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı). İdxal/ixrac əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış. Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür). Vəzifə Öhdəlikləri: Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi: Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək; Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək; Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq; Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək; Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq; Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini nəzarətdə saxlamaq; Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək; Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək; Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək. İş şəraiti: Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə uyğun olaraq). İş qrafiki: 5/2 (09:00 – 18:00). Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tibbi avadanlıqların alışı üzrə menecer” qeyd etməklə Müraciət et sdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilər. Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.