Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Green Cleaning MMC

Baş anbardar (Təmizlik şirkəti)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Anbarda təmizlik materiallarının, avadanlıqlarının və digər ehtiyatların düzgün və səliqəli saxlanılmasına nəzarət etmək; Malların düzgün kateqoriyalara bölünməsi və saxlanma qaydalarına uyğun olaraq yerləşdirilməsini təmin etmək; Mal-materialların və avadanlıqların qəbulu, yoxlanılması və 1C (8.3) proqramında qeydiyyata alınması; Qəbul edilən malların keyfiyyətini və miqdarını yoxlamaq; Təmizlik işçilərinə və obyektlərə lazımi materialların vaxtında və düzgün paylanmasını təmin etmək; Tələb olunan materialların miqdarına uyğun sifarişlərin hazırlanmasında iştirak etmək; Anbarda olan malların mövcudluğu ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını təmin etmək; Anbarın təhlükəsizliyini təmin etmək və zərər risklərini azaltmaq üçün tədbirlər görmək; Yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək; Rəhbərliyin verdiyi tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə icra etmək. Namizədə tələblər: Ali təhsil İş təcrübəsi: 5 ildən çox Yaş: 25 - 40 Cins: Kişi Anbar idarəetməsi və inventarizasiya prosesləri barədə biliklər; Təmizlik materialları və avadanlıqları haqqında məlumatlı olmaq; Kompüter bilikləri, xüsusilə MS Excel, 1C (8.3) və anbar proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı. İş şəraiti İş qrafiki: 6 günlük İş rejimi: B.e-C: 09:00-17:00, Şənbə: 09:00-14:00 Əmək haqqı: 800-1000 AZN (Bilik və bacarıqdan asılı olaraq təyin olunacaq) Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6 C (Statistika komitəsinə yaxın), Green Cleaning şirkəti Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə "Baş anbardar (təmizlik şirkəti)" yazaraq göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.