Vakansiya haqqında
“CAN-PA” MMC-yə “Aparıcı mühasib” vakansiyasına işçi tələb olunur.
İş haqqında məlumat:
Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun və düzgün aparılmasını təmin etmək;
İlkin mühasibat sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və uçotunun aparılması;
Bank hesabları üzrə əməliyyatların, ödənişlərin və bank çıxarışlarının uçotunu aparmaq;
Alıcılar və təchizatçılarla hesablaşmaların uçotunu və üzləşmələrin aparılmasını təmin etmək;
Debitor və kreditor borclarına nəzarət etmək;
Mal-material ehtiyatlarının, məhsulların və əsas vəsaitlərin uçotunu aparmaq;
Anbar qalığı və mühasibat uçotu məlumatlarının uyğunluğuna nəzarət etmək;
Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanmasında iştirak etmək;
E-qaimə, e-VHF, bank və digər elektron sistemlər üzrə əməliyyatları həyata keçirmək;
Vergi hesablamalarının və vergi öhdəliklərinin düzgünlüyünə nəzarət etmək;
Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Ayın və ilin bağlanışı üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
Mühasibat hesabları üzrə dövriyyə və qalıqların yoxlanılmasını aparmaq;
İnventarizasiya prosesində iştirak etmək və nəticələrin uçotda əks etdirilməsini təmin etmək;
Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların hazırlanması və cavablandırılmasında iştirak etmək;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı verdiyi digər tapşırıqları icra etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
PMS sertifikatı mütləqdir;
ACCA sertifikatlarının olması üstünlükdür;
ERP, Mikro və elektron dövlət portalları ilə işləmə bacarığı;
Mühasibat və vergi uçotu üzrə biliklər;
Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
Yaş həddi: 20–40 yaş;
Yalnız xanım namizədlər müraciət edə bilər.
İş şərtləri:
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 iş günü;
İş saatı: 08:00–17:00;
Əmək haqqı: 1300–1500 AZN Gross;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş yeri: Höküməli–Müşfiq ərazisi.
CV-nizi mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə: 051-240-95-68
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
