Vakansiya haqqında
Green City Resort & Residence komandamıza restoranın idarə olunmasını, satışların artırılmasını və müştəri məmnuniyyətinin təmin edilməsini bacaran Restoran Meneceri axtarırıq.
Əsas vəzifələr:
Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək
Restoranın satışlarını artırmaq və aylıq satış hədəflərinin icrasını təmin etmək;
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək
Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
Müştərilərlə birbaşa ünsiyyət qurmaq, şikayət və təklifləri operativ həll etmək;
Personalın iş bölgüsünü, növbə cədvəlini və intizamını təşkil etmək;
Komandanı idarə etmək, motivasiya etmək və satış yönümlü xidmət standartlarını formalaşdırmaq;
Menyunun satış potensialını artırmaq, əlavə satış və kampaniyalar üzrə ideyalar hazırlamaq;
Yeni müştəri cəlbi və mövcud müştərilərin geri qaytarılması üçün təkliflər hazırlamaq;
Kassa, anbar, inventar və məhsul itkilərinə nəzarət etmək;
Görülən işlərin və xidmətlərin uçotunun təşkili,istehsal fəaliyyəti üzrə hesabatların tərtibini həyata keçirmək
Servis, gigiyena və restoran standartlarına nəzarət etmək;
Tədbir, banket və xüsusi rezervasiyaların təşkilində iştirak etmək.
Restoran uzun müddətdir fəaliyyət göstərir.
Namizədə tələblər:
Restoran və ya hotel sahəsində minimum 2–3 il menecerlik təcrübəsi;
Güclü liderlik və komanda idarəetmə bacarığı;
Satış yönümlü düşüncə tərzi;
Müştəri məmnuniyyətini və satış nəticələrini paralel idarə edə bilmək;
Problem həll etmə və operativ qərarvermə bacarığı;
Azərbaycan dilində səlis danışıq; rus və ingilis dili üstünlükdür;
MS Office və restoran proqramları ilə işləmək bacarığı;
Dinamik və gərgin iş mühitində işləyə bilmək.
İdarəetmə də təcrübəsi olanlara üstünlük verilir.
Biz nə təklif edirik:
Stabil əmək haqqı 2500 Azn + satış nəticələrinə əsaslanan bonus sistemi;
Nahar təmin edilir;
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı imkanı.
İş yeri: Green City Resort & Residence, Şıxov
Əlaqə: 010 334 17 47
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
