Vakansiya haqqında
“Arena Plaza” MMC-yə Təmir sahəsində “Usta” tələb olunur.
Tələblər:
Tikinti-təmir sahəsində iş təcrübəsi
Tikinti materiallarını və onların istifadə qaydalarını bilməsi;
İşin keyfiyyətinə və vaxtında təhvil verilməsinə diqqət yetirməsi.
Alət və avadanlıqlardan düzgün istifadə bacarığı;
Vəzifə öhdəlikləri:
Təmir və tikinti işlərinin düzgün və keyfiyyətli icrasını təmin etmək;
Suvaq, malalama, hörgü, beton, kafel-metlax və digər təmir işlərinin görülməsi
İş prosesində yaranan texniki problemləri müəyyən etmək və aradan qaldırmaq
Material və alətlərin düzgün istifadəsinə nəzarət etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
İşlərin müəyyən olunmuş müddətdə tamamlanmasını təmin etmək;
Görülən işlərin nəticəsi barədə məlumat vermək
İş şəraiti:
5 günlük iş qrafiki
Əmək haqqı 800 Azn
İş yeri: Koroğlu m/s yaxınlığı Heydər Əliyev pr. 115 C (Arena Plaza)
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Usta” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
