Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Sağlam Ailə

Tibbi xidmətlərin satışı üzrə rəhbər

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə və öhdəliklər: Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək; İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək; Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, tibbi xidmətlər haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlər keçirmək; Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq; Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək; Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək; Həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək. Namizədə olan tələblər: Ali təhsil (tibbi təhsil üstünlükdür); Tibb, laboratoriya və ya əlaqəli xidmət sahəsində satışın idarə edilməsi üzrə 3 ildən artıq iş təcrübəsi; Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; liderlik və komandanı idarəetmə bacarığı, analitik düşüncə. İş şəraiti: İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00); Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Şirkətdaxili təlim və inkişaf imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.