Vakansiya haqqında
Təsvir
Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək;
Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;
Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək;
Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək;
Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;
Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə);
Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür};
Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;
Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);
Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır;
Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;
MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
