Vakansiya haqqında
Əsas vəzifələr
Klubun gündəlik fəaliyyətinin təşkilinə və nəzarətinə dəstək olmaq;
Resepsiyon, təmizlik, məşqçi və digər əməkdaşların gündəlik işini koordinasiya etmək;
Müştəriləri qarşılamaq və yüksək xidmət səviyyəsini təmin etmək;
Müştərilərin müraciət, təklif və şikayətlərini qəbul etmək və operativ şəkildə həll etmək;
Yeni üzvlərin qeydiyyatı, abonementlərin aktivləşdirilməsi və yenilənməsinə nəzarət etmək;
ERP/CRM sistemində müştəri və üzvlük məlumatlarının düzgün və vaxtında yenilənməsini təmin etmək;
Ödəniş və kassa əməliyyatlarına, həmçinin gündəlik hesabatlara nəzarət etmək;
Klubda təmizlik, nizam-intizam və ümumi xidmət keyfiyyətinə nəzarət etmək;
Avadanlıq və inventarla bağlı problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək;
Növbələrin düzgün təhvil-təslim olunmasını təmin etmək;
Gündəlik işlərlə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər
Administrator, resepsiyon, satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq bacarığı;
Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
ERP/CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
Yaxşı ünsiyyət və müştəri xidməti bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komanda ilə işləmək və gündəlik işləri koordinasiya etmək bacarığı;
Növbəli iş qrafikində işləməyə hazır olmaq.
Biz təklif edirik
Stabil və peşəkar iş mühiti;
Müasir idman klubunda çalışma imkanı;
Peşəkar inkişaf və karyera imkanları;
Təcrübə və bacarıqlara uyğun əmək haqqı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
