Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Layihələrin İdarəolunması üzrə Koordinator (Baş Mühəndis Köməkçisi)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Baş mühəndis rəhbərliyi altında layihələrin idarə edilməsi prosesinə yaxından dəstək göstərmək; Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək; Layihələrin icrası ilə bağlı sənədlərin (qiymət təklifi, layihə tapşırığı, məktublar, təhvil-təslim aktları, arayışlar, hesabatlar və s.) hazırlanmasını və müvafiq qaydada rəsmiləşdirilməsini təşkil etmək; Layihənin miqyası, iş həcmi və icra müddətinə əsasən iş bölgüsünü aparmaq, iş qrafikini hazırlamaq və onun icrasına nəzarət etmək; Layihələndirmə və tikinti prosesində sifarişçi, podratçı, layihəçilər və müqavilə əsasında cəlb olunan kənar mütəxəssislər arasında koordinasiyanı təmin etmək; Layihə iştirakçıları və müxtəlif bölmələr iştirakçılar arasında məlumat mübadiləsini və koordinasiyasını təşkil etmək; Layihənin icra vəziyyətini izləmək, işlərin müəyyən edilmiş müddətlərə uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək və yaranan məsələlərin aidiyyəti şəxslərlə koordinasiyasını təmin etmək; Layihə-smeta sənədlərinin qüvvədə olan normativ tələblərə, texniki şərtlərə və layihə tapşırığına uyğunluğunu yoxlamaq; Layihələrin aidiyyəti dövlət qurumları və təşkilatlarla razılaşdırılması prosesini koordinasiya etmək; Layihələrin ekspertiza prosesini izləmək, bu çərçivədə qaldırılan məsələlərin aidiyyəti layihəçilər tərəfindən həllini koordinasiya etmək və müvafiq rəylərin alınmasını təmin etmək; Layihə üzrə daxil olan məktub, irad, rəy və digər sənədlərin aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək, həmçinin onların cavablandırılması prosesini izləmək; Layihələrin icra vəziyyəti barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək. Namizəd bilməlidir: Layihələndirmə metodlarını; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları; Layihələrin idarə edilməsi və layihələndirmə proseslərinin təşkili prinsiplərini; Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübəni; Tikinti və layihələndirmə sahəsinə aid normativ-texniki sənədləri və əsas tələbləri; Layihə-smeta sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarını; Layihələrin aidiyyəti qurumlarla razılaşdırılması və ekspertiza prosesinin təşkili prinsiplərini; Layihələrin planlaşdırılması, iş bölgüsünün aparılması və icra müddətlərinin izlənilməsi metodlarını; Sənədləşmə, yazışma və layihə arxivinin təşkili qaydalarını. Tələblər Müvafiq sahə üzrə ali təhsil; Layihələrin idarə edilməsi və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi; Layihələndirmə prosesləri və layihə-smeta sənədləri ilə işləmək təcrübəsi; Tikinti norma və qaydalarına dair biliklər; MS Office proqramlarında sərbəst işləmə bacarığı; AutoCAD proqramında işləmək bacarığı; Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dili bilikləri arzuolunandır); Sənədlərlə işləmə və koordinasiya bacarığı; Bir neçə layihəni eyni vaxtda idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı; Komandada işləmək bacarığı; Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcəkdir; İşəqəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.