Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Capital Construction MMC

Anbardar

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq; Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək; Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək; Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək; Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq; Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək; Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq; Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq. İş şəraiti: İş yeri: Lökbatan qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır); Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb); MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı; Diqqətlilik, məsuliyyət və operativlik; Komanda ilə işləmək və riyazi təfəkkür. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.