Vakansiya haqqında
Tələblər:
Ali və ya orta təhsil (Gömrük və ya əlaqəli sahə üzrə üstünlük verilir);
Gömrük sahəsində təcrübə arzuolunandır;
Gömrük qanunvericiliyi və sənədləşməsi üzrə biliklər üstünlükdür;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Şəxsi avtomobilin olması üstünlükdür;
Sürücülük vəsiqəsi olmalı və avtomobil idarə edə bilməli.
Vəzifə Öhdəlikləri:
Gömrükdən yüklərin çıxarılması və idxal/ixrac əməliyyatlarının həyata keçirilməsi;
Gömrük sənədlərinin hazırlanması və təqdim edilməsi;
Gömrük qanunvericiliyinə uyğun işlərin icrası və dəyişikliklərə uyğunlaşma;
Mallara tətbiq edilən gömrük vergiləri və rüsumlarının düzgün hesablanması və ödənilməsi.
İş şəraiti:
İş qrafiki: I-VI günlər, tam iş saatı
Əmək haqqı: Sınaq müddəti əzində 600 AZN. (Əmək haqqı artandır)
Nəqliyyat xərcləri şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük işlərinə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
