Vakansiya haqqında
Əsas vəzifələr:
Sosial media, reklam və digər kommunikasiya kanalları üçün hərəkətli qrafikalar və animasiyalar hazırlamaq;
Video və vizual kontentlər üçün kreativ konseptlər hazırlamaq və onları animasiya ilə canlandırmaq;
2D, 3D animasiya, transition və digər motion design elementlərindən istifadə etmək;
Mövcud brend qaydalarına uyğun motion dizaynlar hazırlamaq;
Sosial media Reels, Stories və digər rəqəmsal formatlar üçün qısa video kontentlər hazırlamaq;
Dizayn və marketinq komandası ilə birgə işləmək;
Trend olan motion design və video kontent formatlarını izləmək və yeni ideyalar təklif etmək;
Hazırlanan işlərdə vizual keyfiyyət və brend uyğunluğunu təmin etmək.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
Təhsil: Ali (Qrafik dizayn, Dizayn, İncəsənət və ya əlaqəli sahə)
Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (Motion Design / Graphic Design )
Adobe After Effects, Premiere Pro, Photoshop, Illustrator proqramlarında yaxşı səviyyədə bilik və təcrübə
2D animasiya və video montaj bacarığı;
Vizual zövq və kreativ düşüncə;
Kompozisiya, rəng və tipoqrafiya üzrə əsas biliklər;
Detallara diqqət və deadline-lara riayət etmək bacarığı;
Üstünlükdür:
AI əsaslı dizayn və video alətlərindən istifadə təcrübəsi;
Sosial media üçün kreativ kontent hazırlamaq təcrübəsi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Servislə təmin olunur
Nahar təminatı
Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
