Vakansiya haqqında
UI/UX Designer
Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və backend idarəetməsi üçün admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir.
Əsas vəzifə öhdəlikləri
Push30 mobil tətbiqi üçün yeni funksionallıqların UX/UI dizaynının hazırlanması;
Mövcud istifadəçi ssenarilərinin və interfeyslərin təkmilləşdirilməsi;
Aydın, intuitiv və istifadəçi yönümlü user flow-ların hazırlanması;
Figma-da wireframe, mockup və interaktiv prototiplərin hazırlanması;
Product və Development komandaları ilə sıx əməkdaşlıq;
Məhsulun istifadə rahatlığının, vizual ardıcıllığının və ümumi user experience-in davamlı inkişaf etdirilməsi;
Dizaynların development mərhələsində düzgün tətbiqinin izlənilməsi.
Əsas tələblər
UI/UX Designer kimi minimum 1.5 il iş təcrübəsi;
Figma ilə sərbəst işləmək bacarığı;
Mobil tətbiqlərin UX/UI dizaynı üzrə praktiki təcrübə;
UX/UI prinsipləri və istifadəçi davranışları barədə anlayış;
Aydın user flow və istifadəçi ssenariləri hazırlamaq bacarığı;
Detallara diqqət, məsuliyyətlilik və öyrənməyə açıqlıq;
Real layihələrdən nümunələri və Figma keçidləri olan portfolio;
İngilis dili – mütləq, rus dili – üstünlükdür.
Üstünlük hesab ediləcək
Design System-lərlə işləmə təcrübəsi;
Prototipləşdirmə üzrə praktiki təcrübə;
Product Analytics alətləri və istifadəçi davranışı məlumatları ilə işləmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
