Vakansiya haqqında
Təsvir
Kredit müraciətlərinin qəbul edilməsi, müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin təhlil edilməsi;
Müştərinin kredit tarixçəsinin araşdırılması və qiymətləndirilməsi;
Zaminlərin maliyyə vəziyyətinin və öhdəlikləri yerinə yetirmək imkanlarının təhlil edilməsi;
Kredit müraciətləri üzrə zəruri məlumat və sənədlərin toplanılması, düzgünlüyünün yoxlanılması və təhlil edilməsi;
Kredit portfelinin keyfiyyətinə və müştərilərin ödəniş intizamına mütəmadi nəzarət etmək;
Verilmiş kreditlər üzrə müştərilərlə mütəmadi əlaqə saxlamaq və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Görülmüş işlər, kredit portfelinin vəziyyəti və gecikmələr üzrə dövri hesabatlar hazırlamaq və vəzifə öhdəliklərinin müəyyən edilmiş standartlara uyğun, dəqiq və məsuliyyətli şəkildə icra edilməsi.
Tələblər
Bank/BOKT sektorunda kredit, maliyyə, risklərin idarə edilməsi və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Güclü analitik və məntiqi düşüncə, maliyyə göstəricilərini təhlil etmək və riyazi hesablamalar aparmaq bacarığı;
Effektiv ünsiyyət, danışıqlar aparmaq, müştəri münasibətləri və satış bacarıqları;
Stressli və dinamik iş mühitində effektiv işləmək və çevik həll yolları müəyyən etmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
