Vakansiya haqqında
Caspian Environmental Laboratory (CEL) (Xəzər Ekoloji Laboratoriyası MMC) laboratoriya xidmətləri üzrə komandamıza yeni namizədlər axtarır.
Əsas tələb: Namizədin laboratoriya avadanlıqları, laboratoriya analizləri və ya laboratoriya xidmətləri sahəsində iş təcrübəsi olmalıdır. Sırf ümumi satış təcrübəsi kifayət deyil.
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin axtarılması və əlaqələrin qurulması
Laboratoriya analizləri və xidmətlərinin təqdim edilməsi
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif olunması
Kommersiya təkliflərinin hazırlanması və təqibi
Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi
Görüşlərin təşkili və müştəri ziyarətləri
Satış prosesinin ilkin mərhələsindən müqaviləyə qədər izlənilməsi
Namizədə tələblər:
Laboratoriya, laboratoriya avadanlıqları, analiz xidmətləri və ya əlaqəli sahədə praktiki iş təcrübəsi
B2B satış və müştəri ilə ünsiyyət bacarığı
Laboratoriya terminologiyasını və əsas analiz istiqamətlərini başa düşmək
Aktiv müştəri axtarışı və satış bacarığı
Azərbaycan dili — əla səviyyədə
İngilis və/və ya rus dili — üstünlükdür
Kompüter proqramlarından istifadə bacarığı
Səliqəli, ünsiyyətcil və nəticəyönümlü olmaq
Bakı daxilində müştərilərlə görüşlərə getməyə hazır olmaq
Biz nə təklif edirik:
Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi
Laboratoriya və peşəkar mühitdə inkişaf imkanı
Mövcud müştəri bazası və şirkətin dəstəyi
İş qrafiki: 5 günlük, 10:00–17:00
Əməkhaqqı 800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
