Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Baku Holiday Travel

İR üzrə mütəxəssis / aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Baku Holiday Travel komandası İR üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Kadr əməliyyatlarının aparılması: işə qəbul, məzuniyyət və işdən azad olma və b. üzrə əmrlərin və sənədlərin hazırlanması Əmək müqavilələrinin, əlavələrin və şəxsi işlərin tərtibi, qeydiyyatı və arxivləşdirilməsi ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi İşçi davamiyyətinin gündəlik izlənilməsi və uçotu Aylıq iş vaxtı tabelinin hazırlanması və əməkhaqqı hesablanması üçün ilkin məlumatların (prepayroll) maliyyə şöbəsinə təqdim edilməsi Yeni işçilər üçün onboarding prosesinin təşkili - ilk gün, sənədləşmə, tanışlıq və adaptasiya dövrünün izlənilməsi Təlimlərin təşkili - ehtiyacların toplanması, planlaşdırma, iştirakın və nəticələrin qeydiyyatı Vakansiyalar üzrə daxil olan CV-lərin qəbulu və rəhbərə ötürülməsi HR hesabatları və reyestrlərin (işçi bazası, məzuniyyət qrafiki və s.) aktual saxlanılması Tələblər: Ali təhsil (İR, menecment və ya hüquq ixtisası üstünlükdür) İR sahəsində 1-3 il mütəxəssis, 3+ il aparıcı iş təcrübəsi Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə praktiki bilik Onboarding və təlim proseslərinin təşkili təcrübəsi İngilis dilini işçi səviyyədə bilmək (rus dili üstünlükdür) MS Office (xüsusilə Excel və Word) ilə sərbəst işləmək Diqqətlilik, məxfiliyə hörmət, sənədlə işdə dəqiqlik Təklif edirik: Dinamik və peşəkar iş mühiti Aparıcı turizm şirkətində İR funksiyasının inkişafında birbaşa iştirak Peşəkar inkişaf və davamlı öyrənmə imkanları Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “İR üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.