Vakansiya haqqında
Namizədə olan tələblər:
İnformasiya texnologiyaları, proqramlaşdırma, informasiya sistemləri və ya digər uyğun sahə üzrə ali təhsil;
1C platforması üzrə minimum 3 il developer təcrübəsi;
1C:Enterprise 8.3 platforması üzrə dərin biliklər;
1C konfiqurasiyalarının hazırlanması və modifikasiya edilməsi üzrə təcrübə;
API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsi üzrə biliklər;
Texniki sənədləşmə və sistem testləri üzrə təcrübə;
Analitik düşüncə və texniki problemləri operativ həll etmə bacarığı;
Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.
Qeyd:
İş qrafiki: həftənin 5 günü;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Vəzifə və öhdəliklər:
1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi;
Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması;
1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması;
ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;
Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması;
ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət;
İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi;
Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
