Vakansiya haqqında
Tələblər:
Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat/uçot və ya əlaqəli sahə)
1C:Enterprise ilə istifadəçi səviyyəsində tanışlıq
Yazılı təlimat üzrə addımları dəqiq icra etmə
Texniki mətn və təlimat yazma bacarığı
Qeydiyyat aparmaq və məlumatı strukturlu yazmaq
Görülən işin və aşkarlanan problemin izah edilməsi
Əməliyyat sistemi və server üzrə ümumi bacarıq
Şəbəkə və server resursları haqqında ümumi təsəvvür
Verilənlər bazası və SQL haqqında ümumi təsəvvür
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür;
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;
Məsuliyyətli və sistematik iş yanaşması;
Komandada və müstəqil şəkildə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Lisenziyaların aktivləşdirilməsi və bərpası proseslərinin həyata keçirilməsi;
Yeni layihələr üzrə server parametrlərinin yoxlanılması və ilkin quraşdırma işlərinin icrası;
Sistemlərin fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi məqsədilə profilaktik texniki işlərin aparılması;
Mövcud funksionallığın texniki dəstəklənməsi və yaranan problemlərin aradan qaldırılması;
Normativ aktların və texniki sənədləşmənin hazırlanması və müvafiq qaydada aparılması;
Görülən işlər və sərf olunan vaxt üzrə uçotun aparılması;
Peşəkar bilik və bacarıqların davamlı inkişaf etdirilməsi, yeni texnologiya və yanaşmaların öyrənilməsi.
İş şəraiti:
İş yeri: Şirkətin ofisi;
İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, vəzifə və əmək haqqı artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
