Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətdə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması üzrə qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların icrasını koordinasiya etmək;
İş sahələrində SƏTƏM tədbirlərinin tətbiqini təşkil etmək, təhlükəsiz iş mühitinin formalaşdırılmasına nəzarət etmək;
Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesini koordinasiya etmək, risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə tədbirlərin icrasını izləmək;
İşçilər üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarını və maarifləndirici tədbirləri təşkil etmək;
İstehsalat qəzalarının, insidentlərin, təhlükəli hadisələrin və uyğunsuzluqların araşdırılmasını koordinasiya etmək, kök səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək, göstəriciləri təhlil edərək rəhbərliyə təqdim etmək;
Fərdi mühafizə vasitələrinə olan tələbatın müəyyənləşdirilməsini, düzgün seçilməsini və istifadəsini koordinasiya etmək;
İş sahələrində müntəzəm audit və yoxlamalar təşkil etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin vaxtında tamamlanmasını izləmək;
Podratçı və subpodratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyətini koordinasiya və nəzarət etmək;
Fövqəladə hallara hazırlıq tədbirlərinin və təlimlərin keçirilməsini aidiyyəti bölmələrlə birlikdə təşkil etmək;
Şirkətin SƏTƏM məqsəd və hədəflərinin həyata keçirilməsinə, davamlı təkmilləşdirmə tədbirlərinə və təhlükəsizlik mədəniyyətinin inkişafına dəstək göstərmək.
Tələblər
Ali təhsil;
Neft, qaz və kimya sahələrində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi;
Yaş həddi: 27-45;
Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə yaxşı səviyyədə bilik;
MS Office proqramlarında yaxşı səviyyədə işləmək və hesabat hazırlamaq bacarığı;
Risk qiymətləndirilməsi, insident araşdırılması, auditlərin təşkili və SƏTƏM sənədlərinin hazırlanması üzrə bilik və bacarıqlar;
ISO 45001 və ISO 14001 standartları üzrə bilik; NEBOSH, IOSH və ya digər SƏTƏM sertifikatlarının olması üstünlükdür;
Təşkilatçılıq, koordinasiya, analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: Həftədə 6 iş günü (08:00-17:00);
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏM Koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
