Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Xalq Bank

İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması; Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması; İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi; İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili; Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi; Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi; Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s. Tələblər Hüquq sahəsində ali magistr təhsilinin olması; Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır; Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi; Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi; Kargüzarlıq işinin əsaslarını bilməsi; Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi; Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi; Yüksək qavrama və öyrənmə qabiliyyəti; İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Ofis proqramlarında işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.