Vakansiya haqqında
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Səlis və aydın nitq, düzgün diksiya;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Azərbaycan dili və Rus dili biliyi əsas üstülükdür;
1C və ofis proqramlarından istifadə bacarığı;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
Bank və kassa əməliyyatlarına nəzarət;
Debitor və kreditor borclarının izlənilməsi;
Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək;
İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq;
1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi;
Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
İş şəraiti:
5 günlük iş qrafiki , 09:00 - 18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
