Vakansiya haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Outsource Mobiloqraf” vakansiyası elan edir.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (portfolio mütləqdir);
Mobil telefonla peşəkar foto və video çəkiliş bacarığı;
Video montaj proqramlarında işləmək bacarığı;
Kadr quruluşu, işıqlandırma və rəng korreksiyası üzrə biliklər;
Sosial media trendləri və müasir video formatları barədə məlumatlılıq;
Yaradıcı yanaşma, detallara diqqət və operativ işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media hesabları üçün foto və video kontentin hazırlanması;
Instagram, TikTok, YouTube və digər platformalar üçün qısa video çəkilişlərin həyata keçirilməsi;
Reels, TikTok və digər sosial media formatlarında kontent hazırlanması;
Çəkilmiş materialların montajı, rəng korreksiyası və səs tənzimləməsinin həyata keçirilməsi;
Şirkətin xidmətləri, layihələri və tədbirlərinin çəkilişinin aparılması;
SMM və marketinq komandası ilə əməkdaşlıq.
Əməkdaşlıq şərtləri:
Outsource əsaslı əməkdaşlıq;
Çəkilişlər layihə və kontent ehtiyaclarına uyğun həyata keçiriləcək;
Əmək haqqı və əməkdaşlıq şərtləri müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlərdən CV və portfolio-larını “Outsource Mobiloqraf” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
