Vakansiya haqqında
BOKT “INTERNATIONAL” ASC Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir
Əsas vəzifə öhdəlikləri:
Filialların fəaliyyət göstəricilərinin gündəlik, həftəlik və aylıq əsasda təhlilini aparmaq;
Faktiki göstəricilərin plan və əvvəlki dövrlərin nəticələri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
Filialların fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq və rüblük analitik hesabatların hazırlanmasında iştirak etmək;
Filialların satış dinamikasını, məhsuldarlığını və fəaliyyət səmərəliliyini təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
Filialların fəaliyyət göstəriciləri əsasında müxtəlif analitik hesabatlar və təqdimatlar hazırlamaq;
Aşkar edilmiş məlumat uyğunsuzluqları və kənarlaşmalarla bağlı aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq;
Filialların fəaliyyətinin və satış nəticələrinin yaxşılaşdırılması ilə bağlı analitik əsaslandırılmış təkliflər hazırlamaq;
Yeni məhsul, satış kampaniyası, motivasiya və digər layihələrin nəticələrinin analitik qiymətləndirilməsində iştirak etmək;
Rəhbərliyin və şöbə rəhbərinin tapşırıqları əsasında xüsusi analitik təhlillər və hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında Analitika, satış və ya kredit sahəsində iş təcrübəsi;
Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
Analitik hesabatların hazırlanması və məlumatların vizuallaşdırılması bacarığı
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Analitika şöbənin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
