Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Mebel məhsullarının hazırlanması və yığılması prosesini həyata keçirmək;
Mebel hissələrinin ölçülərinə uyğun olaraq kəsilməsi, emalı və montajını həyata keçirmək;
Çertyoj və ölçülərə uyğun olaraq mebel konstruksiyalarının hazırlanmasını təmin etmək;
Mebel hissələrinin düzgün və keyfiyyətli şəkildə birləşdirilməsini həyata keçirmək;
Mebel və avadanlıqların təmir və bərpa işlərini yerinə yetirmək;
İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək;
Hazırlanan məhsulların keyfiyyətinə və səliqəli görünüşünə diqqət yetirmək;
İş yerində təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər
Mebel ustası və ya müvafiq sahədə iş təcrübəsinin olması;
Mebel hazırlanması və montajı üzrə praktiki bacarıqlara malik olmaq;
Əl alətləri və müvafiq avadanlıqlardan istifadə bacarığı;
Ölçü və çertyojlarla işləmə bacarığı;
Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
İş intizamına riayət etmək;
Komandada işləmək bacarığı.
İş şərtləri
İş yeri: Soliton Anbar (Şamaxı yolu 15-ci km)
İş saatları: 09:00 – 18:00
Əmək haqqı: 600 – 700 AZN (başlanğıc maaş)
Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə sənədləşdirmə
Nahar yeməyi şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
