Vakansiya haqqında
İş şəraiti
Əmək haqqı: 600-700 AZN
İşəgötürən: «Fire Safety Caspian Azerbaijan» MMC
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Yanğınsöndürən balonların doldurulması və texniki baxışı;
Balonların təzyiqinin və texniki vəziyyətinin yoxlanılması;
Avadanlıqlarla düzgün və təhlükəsiz işləmək;
İş sahəsində təhlükəsizlik və səliqə qaydalarına riayət etmək;
Rəhbərliyin texniki tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
Fiziki işə uyğunluq;
Məsuliyyətli və intizamlı olmaq;
Texniki işlərə maraq;
Təcrübə arzuolunandır, lakin mütləq deyil;
İş prosesində öyrənməyə həvəsli olmaq.
Şirkət tərəfindən:
Stabil iş şəraiti;
Əmək müqaviləsi;
İş üzrə təlim;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
