Vakansiya haqqında
Vəzifə təsviri:
Operator, idarəetmə və admin panellərinin inkişafı; mövcud React SPA-nın keyfiyyətinin və istifadəçi təcrübəsinin yüksəldilməsi.
Öhdəliklər:
React səhifə və axınlarının hazırlanması (formlar, cədvəllər, filtrlər, rol əsaslı naviqasiya/sidebar)
Xəritə əsaslı UI komponentləri: marker, klaster, GPS göstəricisi, pin rejimləri
Çoxdilli dəstək (i18n) və UI konsistensiyasının qorunması (dizayn sistemi)
Responsive dizayn, performans optimizasiyası, monitorinq alətləri ilə əməkdaşlıq
AI alətləri ilə komponent/səhifə skeletonlarının yaradılması; dizayn sisteminin nizamının qorunması
Tələblər:
3+ il React + TypeScript təcrübəsi
Mürəkkəb admin/əməliyyat panellərində (form + cədvəl + state idarəetməsi) təcrübə
Mövcud, real məhsul kodu üzərində işləmək bacarığı
i18n və əlçatanlıq (accessibility) əsasları üzrə bilik
Üstünlük təşkil edən keyfiyyətlər:
GIS/xəritə yönümlü UI, real-time və ya böyük siyahılarla iş təcrübəsi
Veb kamera/barkod inteqrasiyası, PWA bilikləri
Dil bilikləri:
Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
Rus dili biliyi üstünlük hesab olunur.
Əlavə Məlumat:
Servis şirkət tərəfindən təmin olunur.
İş saatları: həftənin 5 günü, 08:00–17:00.
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Frontend Developer” başlıqı ilə göndərsin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
