Vakansiya haqqında
Vəzifə təsviri:
Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdir
Öhdəliklər:
Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsi
Eyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun)
Offline növbə (local storage), background sinxronizasiya mexanizmləri
Kamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyası
API ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınları
Staging və production buraxılışlar
QA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise)
Tələblər:
3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılış
İkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübə
Offline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə)
App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilik
Üstünlük təşkil edən keyfiyyətlər:
Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübə
Daxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsi
Dil bilikləri:
Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
Rus dili biliyi üstünlük hesab olunur.
Əlavə Məlumat:
Servis şirkət tərəfindən təmin olunur.
İş saatları: həftənin 5 günü, 08:00–17:00.
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
